Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.
Bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı qanuna müvafiq addımlar atır.
MSK sədrinin müavini qeyd edib ki, 15156 bələdiyyə üzvlüyü yeri uğrunda 10 minlərlə passiv seçki hüququna malik vətəndaş iddiaçı qismində qatılır: “Böyük namizəd ordusunun qarşısında dayanmaq üçün dairə seçki komissiyaları tam hazırlıqlı olmalıdır və əvvəlki illərdəki peşəkarlığını davam etdirməlidir”.