“Yüksək vəzifələrə yeni kadrların təyin olunması cənab Prezidentin müstəsna səlahiyyətidir”.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.
Deputat bildirib ki, mühüm postlarda, yerli icra strukturlarında xüsusən gənc kadrların önə çəkilməsi olduqca müsbət addımdır:
“Gənclər özləri ilə icra strukturuna yenilik və dinamiklik gətirəcəklər. Bu təyinatlar ölkəmizdə kadr islahtlarının davam etdiyinin nümunəsidir. Məlumdur ki, dövlətçilik tarixində hər şeyi kadrlar həll edir. Əgər kadrlar öz yerindədirsə, o zaman problemlər də dərhal həll olunur. Ona görə də mən dövlət başçısı tərəfindən həyata keçirilən yeni təyinatları uğurlu hesab edirəm. Düşünürəm ki, bu təyinatlar yalnız faydalı olacaq”.