“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib məsələsi ilə bağlı Moskvaya mesaj verdi”.
Bunu Sherg.az-a açıqlamasında politoloq Əhəd Məmmədi deyib.
Ekspertin sözlərinə görə, Rusiya seçim etməli, ya Türkiyə ilə müttəfiqliyi, ya da Suriya hökumətinə himayəsini davam etdirməlidir:
“Fikrimcə, Rusiya prezidenti Vladimr Putin seçimini Ankaradan yana edəcək. Çünki bölgə üçün Türkiyə Rusiyaya daha çox lazımlı ölkədir. Ərdoğan öz çağırışı ilə həm də Moskvaya növbəti şans, əməkdaşlıq üçün imkan vermiş oldu. Çox güman ki, Kreml rəhbəri Əsədin qüvvələrini dayandıracaq. Əks halda növbəti Türkiyə-Rusiya gərginliyi hər iki ölkəyə baha başa gələr. Ona görə də tərəflər bir-biri ilə qarşıdurmada maraqlı deyil. Digər tərəfdən Türkiyə-Rusiya arasında milyardlarla dollar dəyərində layihələr var. Heç bir dövlət bundan imtina etməz”.