Prezident “islahatalara davam” mesajı verdi - ŞƏRH

“Dövlət başçısı İlham Əliyev “islahatalara davam” mesajını verdi”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi Prezidentin çıxışından 3 əsas tezisi qabardıb: 

“Ölkə rəhbəri dövlətin əsas onurğa sütünu sayılan vergi sisteminə, gömrüyə və azad sahibkarlığa şərait yaradılmasına diqqət yetirərək bu sahədə olan əyri işlərə son qoymağı tələb etdi. Həmçinin, Prezident Azərbaycan vətəndaşının işləmək və dincəlmək hüququna münasibət bidirdi. Çıxışında işçilərin bir çox hallarda, xüsusilə özəl sektorda qanunsuz olaraq 8 saatdan artıq işlədiləmisindən də xəbərdar olduğunu bildirərək belə halların yolverilməz olduğunu qeyd eydi. Eyni zamanda işçilərin ixtisar edilməsinin yolverilməz olduğunu dilə gətirdi. Nəticədə dövlət başçısı bütün baş verənlərdən xəbərdar olduğunu və bu neqativ halların əvvələr də mövcudluğunu bəyan etdi. Prezident “o dövr bitdi, bundan sonra mən deyən kimi işləməlisiniz, vəssalam” - deməklə islahatların davam edəcəyini və daha da dərinləşəcəyini vurğuladı”. 



Vasif Əfəndiyev: “İndiyə qədər olan bütün əyri işləri kənara qoyaraq, dövlətin inkişafı və xalqın rifahı üçün çalışmalıyıq”


V.Əfəndiyevin sözlərinə görə, Vəhdət partiyası Prezidentin “islahat  və dəyişiklik” proqramına dərhal reaksiya verdi: 

“Vəhdət Partiyası prosesləri çox ciddi izləyir. Baş verən bütün müsbət dəyişiklikləri təqdir etməklə yanaşı, həlli mümkün olan, lakin süni yolla saxlanılan problemləri ictimaiyyətin diqqətinə çatdırırıq. Hesab edirəm ki, bu hələ başlanğıcdır. Prezidentin xəbərdarlığını ötəri hesab edənlər ciddi yanılırlar. Əvvəla ona görə ki, dünya dəyişir. Yaşam qaydaları və idarəetmə institutları yeni mərhələyə keçməyə məhkumdur. Çünki, bu, müasir zamanın və inkişafın tələbidir. Dövlət başçısının bu xəbərdarlıqlarını qulaqardına vuranlar əmin olsunlar ki, çox yaxın zamanda layiqli cavablarını alacaqlar. Bəzi insanlar keçmişdəki əməklərinə və aldıqları orden-medallara güvənərək, “toxunulmaz” olduqlarını zənn edirlər. Ancaq dövlət və millət maraqları bütün ali mükafatlardan daha üstündür. Ona görə də indiyə qədər olan bütün əyri işləri kənara qoyaraq, dövlətin inkişafı və xalqın rifahı üçün çalışmalıyıq”.