"Partiya namizədlərinin olub- olmamasına baxmayaraq bütün məntəqələrdə müşahidəçilərimiz var. İndiyə qədər heç bir qanun pozuntusu qeydə alınmayıb".
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, seçicilər azad şəkildə məntəqələrə gəlib öz mövqelərini ifadə edib, seçdikləri namizədə səs verirlər:
"Bir çox məntəqələrdə "exit-poll" keçirilir. Hava şəraiti müəyyən qədər seçici fəallığına təsir etsə də, aktivlik qənaətbəxşdir”.
Ötən illərdəki seçkilərlə müqayisədə builki seçkilərdə daha çox canlanmanın hiss olunduğunu vurğulayan E.Mirzəbəyli deyib ki, bu təbliğat- təşviqat kampaniyasında da özünü göstərirdi".