Rusiya ordusunun Suriyanın şimal –qərbində keçirdiyi hərbi reyd zamanı 5 nəfər mülki vətəndaş həlak olub.
“Sherg.az” “lefigaro.fr”ə istiandən xəbər verir ki, bu barədə Suriya insan haqlarının qounması üzrə müşahidə təşkilatından bildirilib.
Məlumata görə, hadisə Hələb vilayətinin qərbində Abin kəndində baş verib . Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.
Qeyd edək ki, 2019-cu ilin dekabrından etibarən Bəşər Əsəd qüvvələri İdlibə aramsız hücumları başladıb. Əsəd qüvvələri paytaxt Dəməşqlə Hələb şəhəri arasında açar rolunu oynayan əraziləri ələ keçirməyə çalışır.