Əziz Əlibəyli:“Münhendəki diplomatik hazırlıq, tarix dərsi və hüquq müəllimliyi Azərbaycan Prezidentinə çox böyük üstünlük qazandırdı”
“Münhendə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirə Erməsistan tərəfinin nə qədər dilletant və haqsız olduğunu üzə çıxardı”.
Bunu “Sherg.az”a beynəlxalq məsələlər üzə ekspert, siyasi şərhçi Əziz Əlibəyli söyləyib. O qeyd edib ki, həmin görüş ərəfəsində Azərbaycan əsgəri şəhid edildi və bu, təəssüf doğurur:
“Bu hadisəni iki aspektdən dəyərləndirmək olar. Birincisi, Paşinyan növbəti təxribata əl atdı ki, görüş baş tutmasın. İkinci məsələ budur ki, görüşü ABŞ təşkil edirdi. Onların bu addımı ola bilsin, Moskvada kiminsə xoşuna gəlməyib və Rusiyanın “əli” ilə bu adım atılıb. Hər bir halda bu addım görüşün baş tutmamasına hesablanmışdı. İstəyirdilər ki, növbəti raundda da bu proses pozulsun. Çünki Paşinyan bu görüşə gəlmək məcburiyyətində idi. Bunu ondan Amerikadakı ağaları tələb edirdi. Bu adamı erməni diasporu hakimiyyətə gətirib. Erməni diasporu Ermənistanda Rusiya varlığını sevmir, qəbul etmir. Bu mənada Paşinyan görüşə gəlmək məcburiyyətində idi”.
Ə.Əlibəyli diqqətə çatdırıb ki, Azərbaycan olduqca yarıtmaz bir dövlətlə danışıqlar aparır:
“Bu dövlətə başçılıq edənin savadsızlığını istənilən kuluar və meydanda görmək mümkündür. Bizim səviyyəmiz və mədəniyyətimiz hara düşmənin davanışları, səviyyəsi hara. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü deməyə əsas verir ki, biz düşmənin arqumentlərini müəyyənləşdirdik. Ermənistanın baş naziri törətdikləri Xocalı soyqırımını Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun demədiyi bir fikirlə spekuliyasiya edib, Azərbaycanın adına bağlamağa çalışdı.
Azərbaycan prezidenti dərhal bunun yanlış olduğunu söylədi və Ayaz Mütəllibovun hələ də həyatda olduğunu və belə bir fikir söyləmədiyini diqqətə çatdırdı. Paşinyan ifşa olundu. Paşinyan qeyd etdi ki, Qafqazda yalnız ermənilər və gürcülər yaşayıb. Onun bu düşüncəsi zalda gülüşə səbəb oldu. İnsan bu qədərmi savadsız olar?! Ermənistanın baş naziri xalqların öz müqəddaratlarını təyin etməsindən danışdı. Buna dair çox həyasız bir mövqe sərgilədi. Adam savadsız ingiliscəsi ilə nə demək istədiyini heç özü də dərk etmirdi. Azərbaycan Prezidenti isə hazırlıqlıdır, savadlıdır. İllərdir, problemin həlli ilə bağlı beynəlxalq birlik qarşısında prosesləri həyata keçirən tərəflərdən biridir. Paşinyanın arqumentləri gülünc idi. Siyasətçi olmaqla iş bitmir.
Bədən dilindən də istifadə etmək lazımdır. Eyni zamanda beynəlxalq hüququ bilmək lazımdır. Beynəxalq hüququn prinsipini pozmaq olmaz. Söhbət ondan gedir ki, BMT-nin qətnamələrində əsas prinsip Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Bundan başqa, Azərbayan Prezidenti bəyan etdi ki, xalqlar öz müəqəddaratlarını təyin etmək istəyirlərsə, ermənilər bunu bir dəfə Azərbaycan torpaqlarında edib və Ermənistan dövləti yaradıb. Yaxşı olardı ki, indi planetin başqa bir yerində ərazi tapıb, müqəddartlarını təyin etsinlər. Eyni zamanda ölkəmizin başçısı bildirdi ki, XIX əsrin 70-ci illərinə qədər İrəvan azərbaycanlılardan ibarət şəhər idi.
Bura digər yerlərdən ermənilər köçürdülər. Azərbaycan prezidenti ərazi adlarının etimologiyasına da toxundu. Bildirdi ki, Xankəndi və İrəvanın adı Azərbaycan mənşəlidir. Bu adlarda erməni irsi, izi yoxdur. Prezident söylədi ki, Paşinyan sülh danışıqları ilə bağlı addım atmaq istəyirsə, onda səmimi missiya nümayiş etdirsin. Görüş keçirilən ərəfədə Azəbaycan əsgərinin erməni snayperi tərəfindən şəhid edildiyini diqqətə çatdırdı. Bilirsiniz ki, təmas xəttində snayperlərin istifadəsi qadağandır. Çünki bu silahlar hədəfi dəqiq vurur”.
Ə.Əlibəylin sözlərinə görə, həmin görüşdə Paşinyan Ermənistanın “Dağlıq Qarabağ”dakı varlığını inkar etdi. Bildirdi ki, orada yaşayan qarabağlılar bu məsələni həyata keçirdi:
"Amma Azərbaycan Prezident bildirdi ki, qondarma “Dağlıq Qarabağ” rejiminə məxsus “ordu”nun 80 faizi Ermənistan hərbi qulluqçularından ibarət idi. Bu da çox dəqiq fakt idi. Nəhayət, yekun olaraq deyə bilərik ki, diplomatik hazırlıq, tarix dərsi və hüquq müəllimliyi Azərbaycan Prezidentinə çox böyük üstünlük qazandırdı”.