Milli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.
Report-un xəbərinə görə, parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.
Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.
Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildən Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub.