“Separatçıların Azərbaycan torpaqlarında keçirdiyi seçki şousu publikaya hesablanmış bir addımdır. Ermənistanın baş naziri Nikol Paşinyan bu yolla çox aşağı olan reytinqini qaldırmağa çalışır”.
Bunu professor, siyasi şərhçi Cümşüd Nuriyev deyib.
Ermənistanın bu dəqiqə çox çıxılmaz vəziyyətdə olduğunu xatırladan politoloq hesab edir ki, ölkədə koronavirusa yoluxanların sayı pik həddə çatır. Ermənistanın da nə səhiyyəsinin, nə maliyyə ehtiyyatlarının koronavirusa qarşı mübarizənin qarşısının alınmasında hər hansı gücü yoxdur:
“Əldə etdiyimiz məlumatlara görə, Dağlıq Qarabağ ərazisində artıq koronavirus yayılıb. Keçiriləcək qondarma seçkilərlə əlaqədar separatçılar bu xəbərlərin yayılmamasına çalışsalar da bu mümkün olmayıb.
C. Nuriyevin fikrincə bu gün Dağlıq Qarabağda keçirilən seçkilər də növbəti qondarma seçkilərdən biridir:
"Əvvəla bununla əlaqədar ATƏT-in Misk Qrupu bəyanat verməlidir, lakin onlar yenə də öz səssizlikləri qoruyaraq, hər zamanki kimi lal mövqedə dayanıblar. Qondarma seçkilərlə əlaqədar Xarici İşlər Nazirliyi artıq bəyanat verib və Azərbaycanın müvafiq qurumları öz münasibətlərini bildiriblər. Yaxşı olar ki, Azərbaycanda olan müxalif siyasi partiyalar da bəyanatlarla çıxış etsinlər. Bundan əlavə Azərbaycanın xaricdə kifayət qədər diaspora təşkilatları var. Onlardan dövlət marağını güdənlər də, güdməyənlər də var. Lakin Qarabağ bizim elə yaramızdır ki, bu məsələdə artıq iqtidar-müxalifət anlayışı yoxdur. Azərbaycana hörmət edən istənilən şəxs mütləq bu tip bəyanatlarla çıxış etməlidir".