“Korona Ermənistanda da tüğyan edir”- Hakimiyyət aciz qalıb

“Ermənistanın Türkiyədən kömək istəməsi də onların çıxılmaz vəziyyətdə olduqlarını göstərir” 



Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı artıb. Artıq bu rəqəm 6-ya çatıb. Hazırda daha 12 nəfərin təcrid edildiyi bildirilir.

 Bu günlərdə Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsi belə təəssürat yarada bilər ki, infeksiya orada yoxdur. Əslində isə vəziyyət tamam başqadır.

 Məsələyə dair fikirlərini "Sherg.az"la bölüşən millət vəkili Elman Məmmədovun fikrincə, Dağlıq Qarabağda yoluxanların sayının artması təbiidir:

 "Çünki orada uzun illərdir, cinayətkar rejim hökm sürür. Koronavirusla mübarizə aparmaq üçün heç bir şəraitləri, imkanları yoxdur. Nə iqtisadi, nə də tibbi potensialları infeksiyanın yayılmasının qarşısını almaq üçün kifayət edir ".
 
E.Məmmədovun sözlərinə görə, Ermənistanın Türkiyədən kömək istəməsi də onların çıxılmaz vəziyyətdə olduqlarını göstərir: 

"Bəli, koronavirus təkcə Dağlıq Qarabağda yox, Ermənistanda da tüğyan edir. Hakimiyyət aciz qalıb. Vətənimdən didərgin düşən, Xocalı faciəsini görən insan kimi, koronavirusun bütün erməniləri məhv etməsini arzulayıram. Onlar o qədər üzsüz millətdir ki, Türkiyədən kömək istəyiblər. Ən təəccübləndirici məqam isə torpaqlarımızı işğal etdikləri halda özlərini sülh tərəfdarı kimi təqdim etmələridir. Biz də sülh istəyirik. Amma tarixi ədalətin bərpa olunacağı, torpaqlarımıza qayıdacağımız halda. O vaxta kimi isə hər an dövlət başçımızın torpaqlarımızı azad etmək üçün hərəkətə keçmək əmrini gözləyirəm".