Rusları Avropaya buraxmayın - Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rusiyalıları xaricə səfərlərini dayandırmağa çağırıb.
Axar.az xəbər verir ki, bu sözləri Jirinovski öz Teleqram səhifəsində paylaşıb.
O, bəzi dövlətlərin yay turizm sezonunu planlaşdırdığını deyib və bunun Avropanın koronavirusla mübarizədə əldə etdiyi bütün uğurların üzərindən xətt çəkəcəyini bildirib:
“Biz Avropaya özümüzünküləri heç bir halda buraxmamalıyıq. Şimali Avropa da istəmir ki, Cənubi Avropa turistik sezona başlasın. Ona görə də dayanın”.