“Paşinyanın babası Sovet ordusu tərəfindən öldürülüb”

“Belə olan təqdirdə biz bir daha erməni baş nazirin ikiüzlü siyasətçi olmasının şahidiyik”

“Bu, onu göstərir ki, o, istər daxili auditoriyada, istərsə də xarici auditoriyada inamı itirilən şəxslərdəndir”




“Nikol Paşinyanın ikiüzlü siyasətçi olmasının dəfələrlə şahidi olmuşuq”. 
Bunu “Sherg.az”a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar  Klubunun rəhbəri  Zaur Məmmədov deyib. 
Ekspert bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın prezident İlham Əliyevlə Aşqabadda, Münhendə debatları zamanı qızarmasının və əsəbləşməsinin səbəbləri məlum olub: 

“Belə görünür ki, Prezident İlham Əliyev Ermənistanı faşizmdə suçlayarkən, Nijdenin abidəsinin ucaldılmasında günahlandırarkən Nikol Paşinyan öz babası Nikolay Vartanoviç Paşinyanı yadına salırdı.

Biz bu biabırçı halın şahidiyik. Erməni baş nazirin babası Nikolay Vartanoviç Paşinyan Sovet ordusunda döyüşərək, əslində, “5-ci kalon” rolu oynayıb və faşistlərə işləyib. Araşdırmalar nəticəsində məlum olub ki, Nikol Paşinyanın babası Sovet ordusu tərəfindən öldürülüb.

Belə olan təqdirdə biz bir daha Nikol Paşinyanın ikiüzlü siyasətçi olmasının şahidiyik və bu bir daha göstərir ki, o, istər daxili auditoriyada, istərsə də xarici auditoriyada inamı, etibarı itirilən şəxslərdəndir.

Bunun nəticəsidir ki, biz bu gün dünya ölkələrinin ona qarşı münasibətində soyuqluğu hiss etməkdəyik. Bu soyuqluq istər okeanın o tayında, istər Avropa ölkələrində, istərsə də Rusiya tərəfindən müşahidə edilməkdədir”.