Xəbər verdiyimiz kimi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verib. Bu barədə o, sosial şəbəkə statusunda yazıb:
“Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm”.
Qeyd edək ki, bir müddət əvvəl Eldəniz Quliyev cinsi azlıqlara qarşı təhqiredici və alçaldıcı ifadələr işlətmişdi. Ötən gün isə Milli Şuranın onlayn konfransında qurumun digər üzvləri Gültəkin Hacıbəyli və Rafiq Manaflı da onu dəstəkləyən çıxış ediblər və cinsi azlıqlara qarşı dözümsüz münasibət göstərilməsi ilə bağlı çağırışlar səsləndiriblər.
İstefa qərarı ilə bağlı “Sherg.az”a açıqlama verən Eldəniz Quliyev istefa səbəbini Feysbuk statusunun şərhlər bölməsində aydınlıq gətirdiyini deyib: “Mən bunun səbəbini sosial şəbəkədə qısaca vurğulamışam”.
Xatırladaq ki, E.Quliyev siyasi həyatda öz dəsti xəttini, sarsılmaz ideallarını qorumaq, eyni zamanda xalqın yanında olmaq üçün Milli Şuradan getdiyini açıqlayıb.
Eldəniz Quliyev istefası ilə bağlı geniş izahatı yaxın saatlarda ya Feysbuk statusu, ya da videokonfrans şəklində verəcəyini də söyləyib: “Çox güman ki, gün ərzində bununla bağlı ətraflı fikirlərimi cəmiyyətə açıqlayacam”.