Faşizmin köləsi yerində sayır

Paşinyanın nasizmi müdafiə etməsi, bütün gözləntiləri puç etdi

Ermənistanın baş naziri babasının və soyqırımı ideologiyasının banilərinin mirasını davam etdirir

Ermənilərin faşizm ideologiyasına xidmətini əks etdirən mühüm faktların ortaya çıxması son günlərin əsas müzakirə mövzusudur. Şübhəsiz, erməni xisləti faşist təfəkkürü ilə eynilik təşkil etdiyinə görə, düşmən xalqın nümayəndələrinin faşizmə meyl etməsi o qədər təəccüblü qarşılanmır.

Lakin erməni faşistlərinin qandonduran və təhlükəli fəaliyyətinə işıq tutmaq üçün faşizmin mahiyyətinə, tarixi köklərinə, bəşəriyyət üçün zərərli olan ideologiyanın təşəkkül tapdığı dövrlərə nəzər yetirmək vacibdir. Faşizm Birinci Dünya müharibəsindən sonra yaranmış siyasi cərəyandır. 1922-ci ildə İtaliya diktatoru Mussolininin faşist partiyası hakimiyyətə gələndən sonra hərəkat genişlənərək bir sıra xarici ölkələrə, o cümlədən Almaniyaya yayılıb. 1933-cü ildə beynəlxalq cani Adolf Hitlerin hakimiyyətə gəlişi ilə faşistlərin çevrəsi daha da genişlənib. Faşizm ideologiyasına görə, millətlər aşağı və ali kateqoriyalara bölünür. İdeologiya ali millətlərin digər xalqlar üzərində ağalıq etməsinə haqq qazandırır. Boyun əyməyənlərin, yaxud “yararsız” və “lazımsız” hesab edilən toplumların isə ümumiyyətlə yer üzündən silinməsini diktə edir. 
Tarix boyu faşist düşüncəsində olanlar istəklərinə nail olmaq üçün ən qanlı üsullara əl atıblar. Faşizmin ideoloqları qarşılarına ağlagəlməz missiyalar qoyublar. Lakin Mussolininin “Aralıq dənizi imperiyası”, Hitlerin minillik “Böyük reyx” arzusu fəlakətli məğlubiyyətlə nəticələnib. Alman faşistləri işğal etdikləri ölkələrdə demək olar ki, eyni siyasəti həyata keçiriblər. Faşistlər bütün yəhudiləri yer üzündən silməkdə qərarlı idi. Bunun üçün xüsusi ölüm düşərgələri yaratmışdılar. Düşərgələrdən ən qorxunc olanları Ausçvitz-Birkenau, Maydanek, Varşova və Arbeytsdorf idi. “Ölüm mələyi” ləqəbi ilə tanınan Yosef Mengel yəhudilər üzərində qorxunc tibbi sınaqlar aparırdı. Dəhşətli sınaqlarda insanların diri-diri əlləri, qolları kəsilir, sümükləri və daxili orqanları çıxarılır, ən ağır işgəncələrə məruz qalırdılar. Şəxsən, Mengel 2 milyon insanın öldürülməsinin birbaşa səbəbkarı idi. Bununla bərabər faşist əsgərləri işğal etdikləri yerlərdə yəhudiləri kütləvi şəkildə qətlə yetirirdilər. Soyqırımlar nəticəsində 1,2 milyonu uşaq və körpə olmaqla, 6 milyon yəhudi məhv edilmişdi. Alman faşizminin ən ağrılı mənzərəsi isə yüz minlərlə insanın xüsusi hazırlanmış peçlərdə yandırılaraq izlərinin itirilməsi idi.. 
Erməni-daşnakların faşizm siyasəti isə XX əsrin 20-30-cu illərindən əvvələ təsadüf edir. Ermənilər ilkin olaraq açıq şəkildə 1905-1907-ci illərdə Azərbaycan türklərinin qətliamına başlayıblar. Milli-etnik münaqişə zəminində XX əsrin ilk soyqırımını törədiblər. Rusiyada baş verən iğtişaşları fürsət bilən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara divan tutublar. Tanınmış ədibimiz M.S.Ordubadi “Qanlı illər” əsərində Şuşada baş verən hadisələrlə bağlı yazır ki, 1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fanarlarını yandıran Kərbəlayı Məmmədhüseyn adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə çirkin məqsədlərini reallaşdırmağa başlayıblar. İllər boyu “Hnçaq” və “Daşnaksütyun” terrorçuları “türkə ölüm!” şüarı altında on minlərlə əliyalın insanı ağlasığmaz işgəncələrlə qətlə yetiriblər. Gözünü qan bürümüş erməni vəhşiləri günahsız azərbaycanlıları uşaq, qadın, yaşlı demədən diri-diri tonqalda yandırıb, gözlərini çıxarıb, qulaq və burunlarını kəsib, hamilə qadınların qarnını yırtıb, baş dərilərini soyub, divarlara mismarlayıb, diri-diri torpağa basdırıb və başqa dəhşətli işgəncələrlə öldürüblər. 
 
Erməni faşizminin ikinci mərhələsi 1918-ci ilin əvvəllərində həyata keçirilib. Həmin ilin 31 martında törədilən soyqırımı bəşəriyyətə, insanlığa qarşı erməni vandalizminin ən bariz təzahürüdür. Genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. “Böyük Ermənistan” xülyasında olan qaniçən ermənilər planlı surətdə azərbaycanlıların məhv edilməsinə, yer üzündən silinməsinə çalışıblar. Bu baxımdan xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Muğan və Azərbaycanın digər ərazilərində kütləvi qırğınlar törədilib, yüzlərlə kənd yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. 1918-ci ilin mart-aprelində ümumilikdə 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan torpaqlarından qovulub. Əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliamlar həyata keçirilib. Tarixi faktlara əsasən, Şamaxı sakini Mələk Zeynal qızı Orucova nənəsindən eşitdiklərini bu cür ifadə edib: “Nənəm söhbət eləyərdi ki, qırğın vaxtı ermənilər adamlarımızı tutub başına mismar vururdular, təndirə basıb yandırırdılar, hamilə qadınlarımızın qarnını yarıb uşaqları çıxardıb süngüyə keçirirdilər. Bələkdəki uşaqları hündür ağacların budaqlarından asıb yelləyir, onlar çığırdıqca ermənilər həzz alıb gülüşürdülər. İnsanların kürəyinə qaynar samovar bağlayıb dağdan aşağı itələyirdilər...”. Qaniçən general Andranik öz qeydlərində tükürpədici insan qətliamını belə təsvir edirdi: “Mən heç bir şeyin fərqində olmadan bütün Basarkeçər türklərini məhv etdim. Amma güllələrdən istifadə etmirdim, heyfim gəlirdi, bu insanları məhv etməyin ən asan yolu hamısını quyulara doldurub, üzərlərini daşlarla örtmək idi”. 
Erməni faşizmi İkinci Dünya müharibəsi ərəfəsində və savaş illərində də davam edib. SSRİ qurulandan sonra ermənilər “bolşevik” donunda qətliamlara əl atıblar. İttifaq rəhbərliyində yer alan ermənilərin azərbaycanlılara, türk əsilli xalqlara qarşı addımlarını tarix unutmayıb. Levon Mirzoyanın 1932-33-cü illərdə Asiya çöllərində əsdirdiyi soyqırımı küləyi də yaxşı xatırlanır. II Dünya müharibəsi zamanı keçmiş daşnakın, son günlər adı tez-tez hallanan Njde ləqəbli Qaregin Ter-Arutyunyanın faşist Almaniyasında Üçüncü Reyxin əsas adamlarından biri olması hamıya bəllidir. Bu cani əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı aktlarının törədilməsi planının ideoloji banilərindən idi. Minlərlə soydaşımızın qanının axıdılmasında, Zəngəzur qətliamlarında şəxsən iştirak edib. 
 
Njde öz ideologiyasını daha sonra nasistlərin cərgəsində davam etdirməyə başlayıb. Faşistlərin cəbhəsində 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı amansızca məhv edib. Rusiya Müdafiə Nazirliyinin 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində, o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib. Onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında birbaşa rol oynayıb. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb”. Müharibədən sonra Njde düşmən kimi unuduldu. Lakin ermənilər qanlı faşistin “xatirəsini” ürəklərində yaşatdılar və ilk fürsətdə İrəvanın mərkəzində abidəsini ucaltdılar. 
 
Faşizmin təbliği erməni xalqının və Ermənistan dövlətinin milli ideologiyasının mahiyyətini əks etdirir. Qarabağ müharibəsində erməni faşizminə xas olan, insanlığa sığmayan vəhşi işgəncə metodlarından istifadə olunması buna sübutdur. Hitler Almaniyası işğal etdiyi ərazilərdə əhalini qovmurdu, qədim tarix və mədəniyyət abidələrini dağıtmırdı. İşğalçı erməni faşistləri isə Azərbaycan ərazilərində və qədim torpaqlarımız olan indiki Ermənistanda xalqımıza aid olan hər şeyi şey tarixdən silməyə çalışırdı. Qarabağ müharibəsində törədilən dəhşətli qətliamlar, işgəncə metodları, Xocalı soyqırımı Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşizmi tarixin arxivinə göndərmədiyini bir daha göstərdi. Almanların ölüm düşərgələrində baş verməyənlərin Xocalıda təkrarlanması nasistləri belə kölgədə qoydu. XX əsrin əvvəllərində ermənilər azərbaycanlılara, o cümlədən, erməni olmayan digər millətlərə qarşı soyqırımılar törətdilər. Serj Sarkisyan, eləcə də Robert Koçaryan da daxil olmaqla Ermənistanın hərbi-siyasi rəhbərliyi Njdenin cəza legionuna bənzər hərbi dəstələr yaradaraq, azərbaycanlılara divan tutdular. 1992-ci ilin 26 fevral gecəsində Xocalı şəhəri yerlə-yeksan edildi. Şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncələrlə öldürüldü. Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirdilər. Azğınlaşmış cəlladlar XX əsrin əvvəllərində tətbiq etdikləri işgəncə üsullarını eyniylə əsrin sonlarında da həyata keçirdilər. 
Tarixin xronologiyası da erməni faşizminin günümüzə qədər davam etdiyini təsdiqləyir. Sarkisyanın 2006-cı ildə nasist cəlladlarından olan Qaregin Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə ucaltması və onun açılışını şəxsən etməsi bunun əyani sübutudur. Onun rəhbərlik etdiyi Respublika Partiyasının gerbində nasizm simvolunun əks olunması da faşizmə sevginin davamıdır. Ermənistanla yanaşı, müxtəlif ölkələrə səpələnmiş erməni diasporu da Njdenin timsalında faşizmin qəhrəmanlaşdırılması istiqamətində çalışır, müxtəlif şəhərlərdə nasist cəllada abidələr ucaldırlar. 
 
Ermənistanda “küçə inqilabı” ilə hakimiyyətə gələn Nikol Paşinyanın “demokratiya” nağılları bu ölkənin faşizm siyasətindən əl çəkəcəyi, Njdeyə qoyulan abidənin söküləcəyi haqda gözləntilər yaratdı. Lakin Prezident İlham Əliyev ötən il MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında çıxışı zamanı Ermənistanda faşistlərin “qəhrəmanlaşdırılması” faktlarını gündəmə gətirəndə Paşinyanın nasizmi müdafiə etməsi bu gözləntiləri puç etdi. Əlbəttə, babası, onunla eyni ad-soyadı daşıyan Nikol Paşinyanın Hitlerin əsgəri olması faktından sonra nəvə Paşinyanın faşizmə qarşı çıxacağını gözləmək sadəlövhlük olardı. Maraqlısı odur ki, baba Nikol Paşinyan 1943-cü ildə Qaregin Njdenin legionunda bəşəriyyətə qarşı vuruşub. Ermənistan Müdafiə Nazirliyi  faktı təkzib etməyə çalışsa da, sosial şəbəkələrdə yayılan real tarixi sənədlər bu məlumatı təsdiqləyib. Bu fakt həm də onu sübut edir ki, Ermənistanın baş naziri babasının və soyqırımı ideologiyasının banilərinin mirasını davam etdirir. Yəni rəhbər şəxslər dəyişə, hakimiyyətlər bir-birini əvəz edə bilər, amma faşizm ideologiyası Ermənistan üçün əsas prioritet olaraq qalmaqdadır.