"130 ölkənin Azərbaycanı dəstəkləməsi onu deməyə əsas verir ki, bu, qlobal bir addımdır"
Məlum olduğu kimi Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Artıq 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.
Təkliflə bağlı "Sherg.az"a danışan politoloq Tofiq Abbasov bunu Azərbaycan prezidentinə olan etimadın növbəti nümunəsi kimi qiymətləndirib:
"Əlbəttə, indiki ağır şəraitdə dünya ölkələri səngiyir. Dövlət başçımızın təklif etdiyi bu model inteqrasiyaya hesablanıb. Bu cür sessiyalar, görüşlər sayəsində iqtisadiyyatda qismən də olsa, canlanma yarana bilər. 130 ölkənin Azərbaycanı dəstəkləməsi onu deməyə əsas verir ki, bu, qlobal bir addımdır. Və təkcə bizim üçün yox, bütün dövlətlərdən ötrü eyni dərəcədə faydalıdır".