Fransada baş nazir şəhər meri seçildi


Fransanın baş naziri şəhər meri seçilib.

TASS xəbər verir ki, Eduard Flipp rəqibini üstələyərək, Qavr şəhərinə başçı təyin edilib.
Beşinci hökumətin başçısı yerli sakinlərin səslərinin 58,83 faizini toplayıb. Onun rəqibi, Fransa Kommunist Partiyasının təmsilçisi Jan Pol Lekok 41,17 faiz səs yığıb.

Yeni mer baş nazır postundan imtina etməsi ilə bağlı planlarını açıqlamayıb. Bundan əvvəl, o qeyd etmişdi ki, mer seçilərsə, Fransa prezidentinin müvafiq qərarı verdiyi halda hökumət başçısı postunda qalmayacaq.

Fransa prezidentinin artıq yeni meri qələbə münasibətilə təbrik etdiyi bildirilir.