“Ermənistanın növbəti dəfə təxribata əl atması və cənab Prezident İlham Əliyevin pandemiya ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiya çağırılması təşəbbüsünə mənfi cavab verməsi düşmən ölkənin beynəlxalq aləmdə iç üzünün açılması deməkdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat vurğulayıb ki, COVİD-19 pandemiyasına qarşı mübarizə bütün dövlətlərini və xalqlarını birləşdirib, onların ortaq mübarizəni zəruri edib:
“Azərbaycan Prezidenti dünyaya sülh və həmrəylik mesajı verir, bəşəriyyətin bəlasına çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə üçün bütün dünyaya çağırış edir. Dünyanın əksər ölkəsi təbii olaraq ölkə rəhbərinin humanist çağırışına müsbət səs verir, dəstəkləyir. Lakin Ermənistan hər zaman olduğu kimi bu dəfə də öz məkirli siyasətini davam etdirir. İşğalçı ölkə humanizmə zidd davranış sərgiləyərək BMT Baş Assambleyasının xüsusi sesssiyasının çağırılmasının əleyhinə səs verdi. Ermənistan növbəti dəfə dünya miqyasında özünü biabır elədi və əsl niyyətini ortaya qoydu”.