Türkiyə Türk Ocaqlarının sədri, professor Mehmet Öz və Ocağın nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində olub.
“Sherg.az” xəbər verir ki, görüş zamanı işğalçı Ermənistanın aramsız təxribatı nəticəsində Dağlıq Qarabağda müharibənin yenidən alovlanmasına dair Azərbaycanın haqq davasında Türk Ocaqlarının hər sahədə dəstəyini davam etdirəcəyi vurğulanıb.
Bundan başqa qeyd olunub ki, Türkiyə və türk milləti bu mövzuda həm tarixi həm də beynəlxalq hüquqa görə Azərbaycanın yanındadır və yanında olmağa davam edəcək:
“Prezidentimiz və dövlət rəsmiləri son olaylarda bu duruşumuzu bir daha açıq şəkildə nümayiş etdirdilər. TBMM-də dörd partiya qrupunun dəstək bəyanatı yayımlaması sevindirici haldır.
Şübhəsiz ki, son hücumlarda özünə layiq görülən maşa rolunu qəbul edən Ermənistan həm öz xalqının, həm də ətrafdakı digər xalqların dincliyini və əmin-amanlığını pozan hərəkətlərini görməzdən gəlməyə çalışır, Türkiyə və Azərbaycanı ittiham edir.
Bu gün haqsız yerə işğal olunmuş Azərbaycan Torpaqlarındakı mövqelərdən cəbhə xəttindəki yaşayış məntəqələrinə hücüm etməkdə qəbahət görməyən bu pirat dövlətə həddi bildirilməkdədir.
Türk ocaqları olaraq Türk dövlətlərini Azərbaycanın yanında olmağa çağırırıq”. Ona görə ki, biz dost və müttəfiq ölkələr deyilik, biz qardaşıq”.