"Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-də Xankəndiyə səfər edib.“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, onun səfərini bu gün Ermənistandakı rəsmi mənbələr də təsdiqləyib. Məlumata görə, N.Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Aratunyanla görüşüb.
Bundan başqa, görüşdə, qondarma rejimin “müdafiə naziri” cinayətkar Cəlal Harutunyan və bir sıra yüksək rütbəli hərbi cinayatkarlar iştirak edib.
Onlar bu iclas zamanı Xankəndindəki ümumi vəziyyətin detallarını müzakirə ediblər və Azərbayacana qarşı törədəcəkləri növbəti təxribat əməllərindən danışıblar.