Siyasi faylın silinməsi


Nədən başlayaq?! Bəlkə elə üçüncü dünya savaşından? Axı hələ də onun nə vaxt başlayacağını gözləyənlər var. Bəlkə, baxmayaraq ki Azərbaycan torpaqlarının basqı altına alınması üçüncü dünya savaşından öncə başlayıb, sonradan bu savaşın bir hissəsinə çevrilməsindən danışaq?! Çətindir. Yenə də kəsik-kəsik, tezislər səviyyəsində.
Üçüncü dünya savaşı və Qarabağ problemi

O, artıq iki onillikdir ki, gedir. Sadəcə, fərqli format insanlarda baş verənləri anlamağa çətinlik yaradır. Bu savaşda əsas istək, qısaca desək, torpaq işğalı deyil, insan qırğını və arzu edilən siyasəti həyata keçirən dövləylərin formalaşdırılması, yeri gəldikdə isə bəzilərinin çıxdaş edilməsi, yerində bir və ya bir neçə yeni dövlətin yaradılmasıdır. Bu yolda çox fərqli taktikalar seçilir, siz dünyada baş verənləri görərək özünüz təsnifat apara bilərsiniz. İslam-qorxusu və zənci-qorxusu onların içərisində çox aşkar görünənlərdir. Dünyanı od-alov içərisində görmək istəyənlər üçün Qarabağ konflikti göydən düşmə bir nəsnə idi və təbii idi ki, onlar bu problemi çözməyəcəkdilər və çözmədilər də. Fransa və ABŞ-ın bu yöndə son çabaları da bunu göstərdi. 
Deməli, bu problemi çözəcək siyasi model bütün bunları göz altına almalıydı və Azərbaycanı vurmaq istəyənlərin ayağına gedilməməklə yanaşı elə bir yol seçməliydi ki, bir tərəfdən onlar üçün gözlənilməz olsun, digər tərəfdən onlar özləri oyunu başlasınlar və uğurlu sonluğa inansınlar. Belə də oldu. 

Vətən savaşı

İndiki durum haqqında onu deyək ki, atəşkəs təkcə silah səslərinin kəsilməsi demək deyil, o, söz atəşinin kəsilməsini də tələb edir. Bir çox hallarda savaş söz atəşi ilə başlayır. 27 sentyabra kimi ağzına gələni danışmaqla Ermənistan baş naziri Azərbaycan xalqını və dövlətini açıq - aşkar alçaldırdı və bu nədəndən siyasi-hərbi şapalaq yedi. Bu, onlara dərs oldumu? Yox, atəşkəs üçün əldən-ayaqdan gedənlərin iclas bitməmiş “silahlı dəstələri Qarabağdan çıxarmayacağıq”, “Qarabağın bağsızlığının tanınması üçün kürəvi qurumlara, dövlətlərə üz tutacağıq” deməsi atəşkəs başlanmamış onu pozdu. Axı atəşkəs işğalçıya, silahlarını da götürüb qansız-qadasız Azərbaycan torpaqlarını tərk etməsi üçün “verilmişdi”.  Ancaq işğalçı, təkcə “silahlı dəstələri Qarabağdan çıxarmayacağıq” deməklə Azərbaycana meydan oxumuş oldu ki, bu da susqunluqla qarşılana bilməzdi. Azərbaycana pozulmuş torpaq bütövlüyünü bərpa etmək üçün kiminsə qarşısında hər hansı bir bəhanə gətirmək gərək deyil. Bəhanə, adətən, suçluya gərək olur. Ermənistan Azərbaycan Prezidentinin “Çıxın!” deməsindən gərək anlayaydı ki, indiyə kimi qurduqları, doğruluğuna özlərini inandırdıqları virtual siyasi modellərin üstündən xətt çəkilir. Görünür, “eşitmə” problemləri olanları top səsiylə “sağaltmaq” gərəkmiş.  

Siyasi trekdə dayanmış Azərbaycan gecikməyə yol verə bilməzdi. DSD – Diplomatiya-Savaş-Diplomatiya ardıcıl olaraq yerinə yetirilməyə başladı. Əslində Diplomatiya Azərbaycan Prezidenti tərəfindən çoxdan başladılmışdı və Ermənistan Prezidenti siyasi nokdaun halına salınmışdı. Oyunun başında duranlar bir tərəfdən bunu özləri üçün üz qaralığı sayır, digər tərəfdən Paşinyanı yeni siyasi sayıqlamalar etmək üçün qızışdırırdılar və Paşinyan gicəllənmiş haldaErmənistan tərəfindən yeni torpaqlar əldə ediləcəyi barədə bəyanatlar verməyə başladı. 

Azərbaycan diplomatiyası (birinci D) son mərhələyə girdi, dünya xəbərdar edildivə ara verilmədən savaşa keçildi. Bu ilkin zərbələrlə yanaşı, işin bütövlükdə gedişi Ermənistan və ağalarını şoka salmışdı. Onların ssenarisi işləmirdi, olaylar öncədən düşünülmüş global konfliktə keçmirdi, hətta belə getsəydi rüsvayçı sonluq qaçılmaz olacaqdı. Nə Ermənistanın öztəyyarələrini dağa çırparaq F-16 – lar etdi deməklə Türkiyəni işə qatmaq istəməsi, nə də ağalarının Ermənistana əsl silah daşınması coğrafiyasını gizlədərək quzeydən silah daşınması xəbərini yayması problemi qloballaşdırmırdı. Suriyada yarımçıq qalmış oyunu yeni coğrafiyada oynamaq cəhdi bu dəfə də uğursuzluğa doğru gedirdi. Suriya olayları hər iki qonşu ölkəni çox nəsnəyə öyrətmişdi. Bu olaylar elə bir nəsnə deyil ki barəsində çox danışasan. Gərək olsaydı özləri söz açardı. Onu deyim ki, Ərdoğan və Putin kürəvi korrupsiyanı barmaqlarına elə səriyib buraxdılar ki, hələ də oturub Türkiyə və Rusiyanın Qarabağda necə toqquşacağını gözləyirlər. 

O ki qaldı Azərbaycana, o, heç nəyə baxmadan öz torpaq bütövlüyünü bərpa edirdi və edir. Ermənistanın işğalından yana Azərbaycanın torpaq suverenliyi, bununla da, qismən siyasi süverenliyi pozulmuşdu. Yəni Azərbaycanın mərkəzi hakimiyyətinin qanunlarının nəinki işğal olunmuş bölgələrdə üstünlüyü yox idi, onlar ümumiyyətlə bu bölgələrdə işləmirdi. 

Bu baxımdan, Azərbaycanın öz torpaq bütövlüyünün – başqa sözlə süverenliyinin bərpasına qarşı heç bir qurumun və dövlətin arqumenti ola bilməz və yoxdur. Dinc yolla Azərbaycan torpaqlarından çıxmaq istəməyən Ermənistanın zorla çıxarılmasında heç bir qanun pozuculuğu yoxdur. 

Ermənistan artıq danışıqlar tərəfi olması haqqını itirib və Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə görə onun üzərində Xocalı-Nürenberq məhkəməsinin qurulmasından söhbət gedə bilər (Biz, öncə Şuşa-Nürenberq deyib dayanmışdıq. Sonra bir verilişdə “Xocalı məhkəməsi” deyimini eşitdik. Niyə də yox.). Azərbaycanın öz sınırları içərisində hansı torpaqlara hansı ststusun verilməsini kimlərləsə razılaşdırmasına gərək yoxdur (DQMV – in sovet dövründə hansı şəraitdə yaradıldığı bəllidir). Azərbaycan unitar dövlətdir və hər hansı bir etnosa başqalarından üstün hüquqların verilməsi qanundan kənardır. Azərbaycanda çoxdan oturuşmuş multikultural mədəniyyət bütün etnosların dinc birgəyaşayışını təmin edir. 

DSD – üçüncü mərhələ 

Ermənilər arasında messianist, ekspansionist və faşist ideologiyasınınmilliideologiyaya çevrilməsiartıq uzun onilliklərdir ki, Ermənistan adlı işğalçı bir dövlətin yaranmasına nədən olub və bu dövlət bölgədə və dünyada terror və savaşın daşıyıcısı olmaqla xaos və siyasi dayanıqsızlıq mərkəzinə çevrilib (“Üçüncü dünya savaşı” dövlətləri belə dövləti necə sevməsinlər.). Artıq belə bir dövlətin təkcə Azərbaycana qarşı törətdiyi siyasi-hərbi cinayətləri onun üzərində hərbi məhkəmənin qurulması və hərbisizləşdirilməsi məsələsini aktual edir. 

Detalları ayrıca işləniləsi bu problem bölgədə dinc birgəyaşayış qurşağının yaradılması üçün öncə Rusiya və Türkiyə, sonra isə bölgənin digər dövlətləri ilə birgə araşdırılmaq üçün masaya çıxarılmalıdır. Cinayətkar dövlət öncə, dediyimiz kimi, Xocalı-Nürenberq məhkəməsi qarşısında dayanmalıdır. 
Bu deyilənlər, bir qədər başqa şəkildə olsa da, artıq baş tutdu. Düşünürəm, bütün yağılarımız əsgərimizin bir damla qanına dəyməz. Bu qələbə gününükeçmişimizə Azərbaycan Əsgəri öz Qanıyla yazdı. “30 il və 30 gün” romanını Azərbaycan Əsgəri öz Qanıyla yazdı. Yaxşı olardı ki, toplumun 89-dan bəri yeni gəlişməsində az rolu olmamış meydana “Azərbaycan Savaşçısı”nın adı verilsin və onun bu meydanda qoyulmuş başı göylərə dəyən “Azərbaycan Savaşçısı” heykəlinin qarşısından hamımız qürurla keçək. 

Elə buradaca deyim ki, bu günün gətirilməsində Azərbaycandan   Mehriban və İlham adlı iki kişinin rolusözlə cızılası deyil. Onların. demək olar ki, isolə olunmuş halda, bütün informasiyaların içərisindən doğrunu seçərək “təmizləyin bu torpağı bu kirdən” demələri bu günü gətirdi. Nə tələsmək olardı, nə də gecikmək. Problemin açarının böyük-kiçikliyindən asılı olmayaraq təlxək dövlətlərin əlində deyil Rusiyanın əlində olması bir çoxları üçün anlaşılmaz idisə, başqa biriləri üçün Azərbaycanı Rusiyaya qarşı qoymaqla bizi əbədi basqı altında saxlamaq üçün bir vasitə idi.  Dilim çox ağırdı, dözüb yalnız onu deyim ki, bu, Azərbaycanda yaradılmış kişilik siyasi modelinin Ermənistanda yaradılmış siyasi fahişəlik modeli üzərində qələbəsidir. Azərbaycanda (iç) və dünyada (dış) kişilik siyasi instutunun siyasi fahişəlik institutu üzərində qələbəsinə isə hələ çox var. Ərdoğan çoxdan dünyadatürkün kişi obrazını yaratmışdı (təkcə Putinin onun haqqında dediklərini yada salın). Rusiyanın Azərbaycanda kişilik siyasi modelinə arxa durmasındabununböyük rolu oldu. Hər bir dövlət, eləcə də Türkiyə və Rusiya, sınırlarında onu qara qəpiyə satmayan, özgə dövlətlərin hiyləsinə uyub ona qarşı hər oyuna getməyən dövlət görmək istəyir. Bu, Azərbaycanın gələcəkdə, dar gündə ona arxa duran dövlətlərə yönəli aparacağı siyasətin mayasını təşkil edir.Gələcəkdə hiyləyə uyub Azərbaycana qarşı qorxu törədən oyunlardan – milli təhlükələrdən qaçmalıyıq.   Bu, bölgədə dinc birgəyaşayış qurşağının yaradılmasının kökündə duran ideyadır. 

Siyasi faylın silinməsi 

Adi faylı kompüterdə silmək asandır. Əslində heçnə silinmir, ünvan sıfırlanır və o nədəndən də silinmişi qaytarmaq olur.   Bəs siyasi faylı silmək necə, bu qədər asan? Yox, çox çətindir. Ona görə onu ilk öncə siyasi viruslardan təmizləyib işə yararlı şəklə salmaq gərəkdir. Ermənistan qarşımızda çox kirli, siyasi virus basmış bir siyasi fayla çevrilib. Ona görə, Azərbaycanın bölgədə başlatdığı yeni siyasi yürüş təkcə torpaqların siyasi kirdən təmizlənməsi ilə bitə bilməz və o, dinc birgəyaşayış qurşağının yaradılması kimi qoyulmaqla öncə yaxın qonşu dövlətlərlə, sonra isə kürəvi siyasi qurum və dövlətlərlə danışıqlara çevrilməlidir. Qonşular bir-birini sevməyə bilər, amma bir-birinə qorxu yaratmayan dinc birgəyaşayış qurmağa borcludurlar. Əgər bu, xoşluqla baş vermirsə, onda güclə yerinə yetirilir.Savaşla birgə başlayan Diplomatiya (DSD-də ikinci D) bütün bunları nəzərə alır. 
Dünyada dəyərlər də, dəyərvermədə dəyişib. İndi kimsə dəyərli bir işi elmi məqalə kimi çap etdirmir. Başqaları hamıdan qabaq, icazə almadan, yiyəlik haqqını qorumadan, öz elinin, dövlətinin güvənlik potensialını artırmaq üçün işlədə bilər. 
  Əgər belədirsə, onda siyasi modelləri necə, öncədən söyləmək, atılacaq addımlar haqqında xəbər vermək olardımı?! 
Bu siyasi faylın silinməsində də, belədir. Amma elə nəsnələr var ki, onlar haqqında ümumi danışmaq olar. Məsələn, elə siyasi şahmat taxtası. Xoru eşidirəm – axı bu deyilib! Bəli də, amma ya çox bildiklərindən, ya da bilmədiklərindən deməyiblər ki, o, çox ölçülüdür. Siyasi, hərbi, iqtisadi, mədəni-mənəvi və s..Bir taxta üzərində bir fiquru sürüşdürdükdə, digər taxtalar üzərində çoxlu fiqurlar fərqli gedişlər edir. Siz əslində çoxölçülü Qarabağ şahmat taxtasında gedən oyunda bunu gördünüz: Türkiyə və Rusiyanın anlaşılmaz gedişlərinə uyğun olaraq Azərbaycan və Ermənistanın qəribə gedişləri baş verirdi. Azərbaycan ağılla edirdi, Ermənistansa məcbur edilirdi. Hansı ki, onlar tərsini göz altına almışdılar. 
İndi deyin, hansı taxtada, hansı siyasi gedişləri etmək lazımdır ki, siyasi fayl silinsin? 
Çoxölçülü sistemdə fərqli vaxt ölçüləri olur. Yenə də, nə tələsmək olar, nə də gecikmək. Unutmayaq ki, ikinci dünya savaşı bitməmiş kürədə soyuq savaş başlandı. Necə ki ovaxt Sovetlər İttifaqı, indi də güclü, qalib Azərbaycan çoxlarını yuxusundan edib. 
Qürur günümüz 

“Tay mən qaçqın dəyiləm” dedi bir soydaşımız. Day biz də qaçqın döörük. Axı biz hamılıqla şərəfdən, ləyaqətdən, mərdlikdən, mənlikdən, kişilikdən qaçqın düşmüşdük. İlk öncə, biz də, ulularımızın qarşısında baş əydik. Bu dəfə onların qarşısına xəcalətdən əyilmiş yox, dik başla getmişdik. Bundan sonra Mübarizin də, Poladın da, İlqarın da, bütün şəhidləmizin ölməz ruhları qarşısında qürurla baş əyəcəyik.
Bilib etdiklərindən, ya bilməyib etdiklərindən heç xoşlanmadığım bir neçə kəsin söhbətini eşitdim, yalnız vətən savaşından danışırdılar. Hər yerdə, evdə, küçədə, çayçıda, iş yerində, toplantılarda yalnız vətən savaşından söhbət açılırdı. Cinsindən, irqindən, etnosundan asılı olmayaraq hamı vətən savaşından danışırdı. Vətən savaşıtoplum əxlaqını dəyişdi.İndi onu dayanıqlı etmək gərəkdi. 
Tanrının, ulularımızın, şəhidlərimizin, şəhid və savaşçı analarının, savaşçılarımızın qarşısında baş əyirəm. Heç vaxt belə dinc olmamışdım. Yaşamımla qürur duyuram. 

Cəsarət Əliyev