Ermənistanda böhran silsiləsi ! – “İşğalçının bu durumdan çıxması mümkün deyil”

Ermənistanın paytaxtı İrəvanda minlərlə insan küçələrə çıxıb. Paytaxt sakinləri baş nazir Nikol Paşinyana etiraz olaraq aksiyaya başlayıblar. Etirazçıların hökumət evinə girərək Paşinyanın kabinetini dağıtdıqları bildirilir. Partiya liderləri baş naziri istefaya çağırırlar. Nə etsinlər yazıqlar? Elə bir fərsiz, ambisiyaları boyundan hündür siyasətçiyə rast gəliblər ki… Paşinyan da qalıb “zəncir çeynəyə-çeynəyə”. Təlxəkliyin, düşüklüyün sonu budur, bax! Sən hakimiyyətə gəitrən xalq bir vaxt gəlir taxtını silkələyir.

 Politoloq Əhməd Əlili Ermənistanda çaxnaşmaları “Sherg.az”a təhlil edib. O, işğalçı ölkə üçün xoşbəxt sonluğun olmayacağını düşünür: 

“1993-1994-cü illərdə Azərbaycanda olan durum indi rəsmi İrəvanda təkrarlanır. Biz daxili potensialımız, gücümüz hesabına o vaxt xaotik vəziyyətdən çıxa bilmişdik. Ermənistan üçün isə bu, mümkün deyil. 

Baş verən son hadisələrdən sonra “Böyük Ermənistan” ideyası ciddi zərbə aldı, diaspor hakimiyyətdən uzaqlaşmağa başladı.

Yadınızdadırsa, Paşinyan vaxtı ilə guya vəziyyəti düzəltmək məqsədilə hakimiyyətə gəlmişdi. Hətta iki il vaxtı istəmişdi. Amma vədini yerinə yetirmədiyinə görə, Azərbaycana güc tətbiq etməkdən başqa variant qalmadı.

Odur ki, hakimiyyətə küçədən gələn siyasətçi artıq geri çəkilir. Bundan sonra hakimiyyətə kim gəlsə də, növbəti beş il ərzində ölkədə lider dəyişiklikləri müntəzəm xarakter alacaq.

Ermənistan siyasi hakimiyyətində stabillik gözləmək məntiqsizdir. Əksinə, dövlət böhran silsiləsinin astasındadır. İşğalçı ölkəni bu vəziyyətdən nəyin çıxaracağını isə bilmirəm”.