Başqa cür ola bilməz !- “Rus hərbçiləri tərəflərə eyni münasibət göstərməlidir” 

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında imzalanan bəyanatın şərtlərinə əsasən Dağlıq Qarabağa rus sülhməramlılarının yerləşdirilməsi artıq məlumdur. Amma ictimaiyyətin müəyyən hissəsi bunu düzgün anlamır.

Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi səbəbləri hazırda geniş müzakirə olunur. Əslində mahiyyət bundan ibarətdir ki, sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir. Onlar qərəzsiz və neytral olmalı, hər iki tərəfə eyni münasibət göstərməlidirlər.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu barədə “Sherg.az”a danışıb:

“Sülhməramlılar regionda asayişi təmin etmək üçündür. Onların funksiyası yarana biləcək hansısa toqquşmanın qarşısını almaqdan ibarətdir. Yəni rus hərbçiləri Azərbaycan və Ermənistana eyni cür münasibət göstərməlidir. Başqa bir məsələ ola bilməz”.