Paris meri tənqid olundu:“Siyasi korrupsiya..."

“Heç bir merin dövlətin xarici siyasətinə qarışmaq,  hansısa ölkənin ərazi bütövlüyünə müdaxilə etmək hüququ yoxdur”

“Hətta korrupsiyaya qurşanmış, erməni lobbisindən asılı olan siyasətçinin də”

Hərçənd, Fransa tamam fərqli dəyərlərlə inkişaf etməli və korrupsiyaya heç bir yer olmamalıdır”


Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Bu barədə diplomatik mənbələrdən bildirilib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür.

Ermənilərə yaxınlığı ilə tanınan E.İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.



 Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu barədə “Sherg.az”a açıqlamasında Paris merini sərt tənqid edib:

“Heç bir merin dövlətin xarici siyasətinə qarışmaq,  hansısa ölkənin ərazi bütövlüyünə müdaxilə etmək hüququ yoxdur. Hətta korrupsiyaya qurşanmış, erməni lobbisindən asılı olan siyasətçinin də. Təəssüf ki, Fransada siyasi korrupsiya geniş vüsət alıb. Hərçənd, bu ölkə tamam fərqli dəyərlərlə inkişaf etməli və korrupsiyaya heç bir yer olmamalıdır”.