Fevral ayının 16-da Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Komissiyanıən üzvü Rəşad Məcid mətbuata açıqlamasında müzakirələr aparıldığını və 100-dən artıq müraciətə baxıldığını söyləyib.
Eyni zamanda komissiyanın ardıcıl və məhsuldar işləyərək Novruz bayramına qədər müraciətlərə baxaraq yekunlaşdıracağını bildirib.
![](https://sherg.az/uploads/editor/80dfa61fddabf0fde4d36506178f3392.jpg)
Hüquq müdafiəçisi Səidə Qocamanlı “Sherg.az”a bu işin bir sistemə çevrildiyini, hər il Novruz bayramı ərəfəsində əfvlərin olduğunu deyib:
“Əfv məsələləri komissiyası həmişə işləyib, indi isə məsələyə daha ciddi yanaşılır. Həmçinin əfvi də çox insan gözləyir. Bayrama qədər azadlığa buraxılanlar məlum olacaq. Biz də öz siyahımızı təqdim etmişik”.