Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə “Sherg.az” “Habeglobal”a istinadən xəbər verir.
Bildirilir ki, tərəflər bir çox məsələləri, o cümlədən Ukraynadakı durumu, Montrö razılaşmasını və koronavirus peyvəndini müzakirə ediblər.
Həmçinin liderlərin iki ölkə arasındakı əlaqələri inkişaf etdirəcək mövzular barədə müzakirə apardıqları vurğulanıb.