"Nəhayət, bu regionda sülh bərqərar olacaq” - Peter Sztaray 

Gəncədə mülki əhaliyə qarşı edilmiş erməni terrorunun “ürəkağrısı” ilə şahidi oldum və baş verənlər təəssüf doğurur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray bildirib.

“Sevindirici odur ki, artıq bu hadisələr sona çatıb. Macarıstanın xarici işlər naziri bu yaxınlarda Azərbaycanda səfərdə olub. Ölkəmizin Azərbaycanla çox sıx strateji əlaqələri mövcuddur. Macarıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün biz Qarabağda da olduq. Ümid edirik ki, Qarabağda başlamış yenidənqurma işləri uğurla başa çatdırılacaq. Nəhayət, bu regionda sülh bərqərar olacaq” – deyə P.Sztaray qeyd edib.