“Paşinyan bəynatları katalizator rolunu oynadı” 

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan jurnalistlərə açıqlama verib. “Ermənistan 23 il ərzində yürütdüyü avantürist və məsuliyyətsiz siyasətlə Qarabağ müharibəsində məğlubiyyətinə yol açıb”.- deyə, o, bildirib. 
Onun sözlərinə görə, Ermənistanın məğlubiyyətinin əsası 1998-ci ildə status-kvonun qorunub saxlanacağı ilə bağlı inamın yaranması ilə qoyulub.
"Məğlubiyyətin tamamlanmasını isə Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deməsi ilə elan edib". Bu bəyanat daxildəki xaotik durumun növbəti təzahürüdür. 


 
Politoloq Fikrət Sadıqov sabiq prezidentin açıqlamasını “Sherg.az”a təhli etdi: 
“Əslində onun dediklərində müəyyən həqiqət var. Düzdür, Paşinyan indiyə kimi çox sərsəm bəyanatlar səsləndirib. Lakin biz torpaqlarımızı təkcə həmin açıqlamalara görə azad etmədik. Sadəcə, ola bilsin, verilən qıcıqlandırıcı bəyanatlar katalizator rolunu oynadı, əməliyyatları tezləşdirdi. Lakin dediyim kimi, bizim bütün hallarda daha otuz il gözləmək niyyətimiz yox idi. Petrosyanın açıqlaması isə İrəvanın acizliyini göstərir. Biz o qədər hazırlıqlı idik ki, Ermənistan qəti müqavimət göstərə bilmədi”.