Ənənəvi erməni hiyləgərliyindən əl çəkməyiblər

Paşinyan sərhəd insidentindən özünün seçki kampaniyası üçün maksimum dərəcədə yararlanmağa çalışır


“Ermənilər həmişəki əqrəb xislətlərindən əl çəkə bilmirlər. Onların iftira kampaniyası aparmaqda yeganə məqsədləri beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında mümkün qədər mənfi rəy formalaşdırmaq, neqativ informasiya fonu yaratmaqdır”.

Bunu “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, düşmən ölkənin mediası və rəsmi təbliğatı bizə qarşı çirkab püskürür:

“Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da ənənəvi, miskin ampluasındadır.

O, məlum sərhəd insidentindən özünün seçki kampaniyası üçün maksimum dərəcədə yararlanmağa çalışır. Lakin həmişəki kimi daha da acınacaqlı duruma düşür. Paşinyana müxalif olan fürsətçi, revanşist qüvvələr də bu olaydan ona qarşı gen-bol yararlanmağa çalışırlar. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan isə bir qədər də irəli gedərək, sözügedən sərhəd olayından sonra hətta erməni dövlətinin artıq mövcud olmadığını bildirib.

Göründüyü kimi ənənəvi erməni hiyləgərliyi həmişə olduğu kimi bu dəfə də düşmən ölkənin özünə problem yaratdı. Ermənistanın populyar “Hraparak” nəşrinin yazdığı fikir tam yerinə düşür.

Nəşr yazır ki, “Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”. Bu ifadədən bütün ermənilər dərs almalı, doğru-düzgün nəticə çıxarmalıdır. Texniki xarakterli demarkasiya məsələsini bu dərəcədə şişirdib  Azərbaycana qarşı qarayaxma kampaniyasına start vermək sonda Ermənistanın özünə qarşı “bumeranq effekti” ilə nəticələndi”.