“Ermənistanla Azərbaycan arasında Rusiyanın iştirakı olmadan ikitərəfli sülh müqaviləsi imzalanmalıdır”.
Bu fikirləri “Şərq” TV-yə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və erməni xalqı bölgədə dinc yaşamalıdır:
“Çünki Rusiya heç vaxt Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına icazə verməyəcək. Rusiya Ermənistanı ona görə yaradıb ki, bölgədə Azərbaycana və Türkiyəyə qarşı silah kimi istifadə etsin. Ermənistan Paşinyanın istədiyi kimi müstəqillik əldə edərsə və özü problemin həllinə girişərsə, Rusiya oyundan kənarda qalar. Bu durum isə rəsmi Moskvanın maraqlarına uyğun deyil. Ona görə də şimal qonşumuz Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsinə maraqlıdır. Sülhməramlı qüvvələrin bölgədə qalması üçün cinayətkar qüvvələri sərhəddə gətirən də məhz Rusiyadır”.