“Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə
erməni işğalından azad edilən və Azərbaycanın mədəniyyət
paytaxtı adlandırılan Şuşa şəhərinə səfər etdik. Səfəri bölgə ölkələri
üçün sülh, sabitlik və firavanlıq fürsəti olaraq qiymətləndirdik və gələcək əməkdaşlığımızın
qarantı olan Şuşa Bəyannaməsini imzaladıq”.
Türkiyənin “Hurriyet” nəşri xəbər verir ki,
bu sözləri Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti əlavə edib ki, iki qardaş
ölkə arasında imzalanan Şuşa Bəyannaməsi ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı
daha da dərinləşdirəcək.