"Şuşa Bəyannaməsindən sonra ölkəmizə təhdidlər artır"
"Ermənistan tərəfi sərhəddə bölmələrimizi atəşə tutur. Təxribatlar davam edərsə, Azərbaycan Zəngəzuru götürməli və dəhlizi açmalıdır".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Avropa İttifaqı, Fransa, ABŞ, İran və Rusiya Cənubi Qafqazda xüsusilə Azərbaycan ətrafında ciddi oyun oynayırlar:
"Hər biri regionda öz mövqelərini möhkəmləndirməyə çalışır. Ermənistanın Kəlbəcərdə Azərbaycanın mövqelərinə qarşı hücum etməkdə məqsədi demarkasiya prosesinə mane olmaq və həmin əlverişli yüksəklikləri əldə etməkdir. Ötən gün Rusiya müdafiə nazirinin müavini Ermənistanda idi. Görünür, bu hücumun baş verməsi təsadüfi deyil. Türkiyə Azərbaycan və Rusiya formatı var. Şuşa Bəyannaməsindən sonra ölkəmizə təhdidlər artır. Türkiyə aktiv şəkildə Azərbaycanı bu təhdidlərdən qoruyacaq. Məhz "Şuşa" bəyannaməsi bu günlərə görə bizə lazım idi".