Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb. Bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur. Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb. Cinayət işinin ibtidai istintaqı davam edir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Errmənistan ordusundakı “başıpozuqluğu” “Sherg.az”a şərh etdi:
“Bu vəziyyət 2016-cı ildəki Aprel döyüşlərindən sonra başlandı və İkinci Qarabğ müharibəsində də özünü göstərdi. Məsələ ondan ibarətdir ki, İrəvan bizim siyasətimizə reaksiya verə bilmir və beləliklə, onlarda psixoloji sarsındı yaranır. Əsgərlər orduda bir-birilərinə qarşı aqressiv davranışları ilə isə sanki sakitləşmək istəyirlər”.
M.Əhmədoğlunun fikrincə, hadisələr real qiymətləndirilməlidir:
“Qərb Azərbaycanın qalib olduğunu anlayır və Qarabağla bağlı məsələlərdə bizi ilkin mənbə kimi qəbul edir. Bunu unutmaq olmaz. Bilməliyik ki, Rusiya heç vaxt Azərbaycanla münasibətləri pisləşdirmək istəməz. Moskva İrəvanı sadəcə ələ salır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Arşak Karapetyana “Ordunuzun müasirləşdirilməsinə dəstək verəcəyik” desə də, sadəcə qılınc hədiyyə etdi. Bu, ələ salmaq deyilsə, nədir?”.