“...Ora rus sülhməramlıları girdilər. Əlbəttə, bu, daimi deyil”
“Sadəcə Kreml Qazax məsələsindən təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir”
Rusiya regionda “dirijor” olmaq istəyir: “Qazax məsələsindən təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir”.
“Qazaxın kəndlərinin taleyi Rusiyadan asılıdır. Amma kəndlərimiz gec-tez qaytarılacaq”.
Bu sözləri Qazaxın yeddi kəndi barədə “Sherg.az”a danışan politoloq Qabil Hüseynli deyib. Onun fikrincə, Moskva hazırkı proseslərdə “dirijor” olmaq istəyir:
“Ermənilər kəndlərimizdən çıxdı və ora rus sülhməramlıları girdilər. Əlbəttə, bu, daimi deyil. Sadəcə Kreml Qazax məsələsindən təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.
Nəzərə almaq lazımdır ki, Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılması üçtərəfli razılaşmada əksini tapmışdı.
Kreml isə siyasi etikaya uyğun olmayan addımlar atır. Və bu, sərhədlərin müəyyənləşməsini, yekun sülh müqaviləsinin imzalanmasını ləngidir.
Şimal qonşumuz regionda hegemon olmaq, bölgədəki bütün proseslərə sərəncam vermək istəyir.
Amma Azərbaycan Qazaxın kəndlərinin qaytarılmasından ötrü lazım gəlsə, güc tətbiq etməkdən də çəkinməyəcək”.