Milli Məclisin sədri Estoniya Parlamentinin Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Parlamentinin Prezidenti Yuri Ratasla görüşüb. Görüşdə "Şərq Tərəfdaşlığı"nın gələcəyi müzakirə olunub.

APA-nın məlumatına görə, bu barədə Y.Ratas "Twitter" səhifəsində bildirib.

Estoniya Parlamentinin Prezidenti qeyd edib ki, oktyabrda Estoniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Azərbaycana səfər edəcək.