"Rusiya Türkiyənin Xəzərə daxil olmasından narahatdır"-Aktual şərh

"Türkiyə və Azərbaycanın Xəzərdə hərbi təlimlər keçməsindən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya gəlməsini xoşniyyətili və yaxud təsadüfi məsələ kimi qiymətləndirmək çətin məsələdir”
 
Sherg.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmiləri ilə Bakı Dəniz Limanında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri tərəfindən qarşılanıb: 

"Rusiya Hərbi Dəniz Qüvvələrinin belə tələsik şəkildə Bakıya gəlməsi onu göstərir ki, Rusiya Türkiyənin Xəzərə daxil olmasından artıq narahatdır. Ona görə də Azərbaycan-Türkiyə Hərbi Dəniz təlimlərindən sonra Bakıya səfər etməsi quruda olduğu kimi, dənizdə də Türkiyə qorxusunun olduğunu nümayiş etdirmiş oldu.
Burada diqqəti cəlb edən digər məsələ İrandır. İran Azərbaycan-Türkiyə Hərbi Dəniz təlimlərindən narahat olduğunu bildirsə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya səfəri məsələsində susqunluğunu qoruyur. Görünən odur ki, İran üçün də ən qorxulusu Türkiyənin Xəzərdə olmasıdır”.

Aynurə Pənahqızı