“İran Xocalıda separatçı-terrorçu rejim üçün mənzillər tikir”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, Ermənistan mediası yazır ki, Əsgəranda mənzil inşa olunmasında İran vətəndaşları da iştirak edirlər:
“Separatçıların “nümayəndəsi” Artur Qriqoryan İrandan gələnlərin fars olduğunu deyir. Bu təsdiq edir ki, İranın Qarabağda separatçı-terrorçu rejimə dəstəyi təkcə qanunsuz yük daşımadan ibarət deyil. Separatçıların mənzil tikintisində və digər layihələrində İran şirkətləri də iştirak edir. Xankəndinə daşınan qanunsuz yüklər İran şirkətlərinin layihələri üçündür. İran işğal dövründə olduğu kimi indi də separatçı-terrorçu rejimlə əməkdaşlığı davam etdirir”.
İsmayıl Qocayev