Türkiyə və Pakistan XİN rəhbərləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər - FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.
Bu barədə türkiyəli nazir özünün “Twitter” səhifəsində məlumat verib.
Nyu-Yorkda keçirilən görüşdə ikitərəfli əlaqələr və Əfqanıstandakı vəziyyəti müzakirə olunub.