Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.
S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.
Musəvi bildirib ki, İran şirkətlərinə tapşırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır.
Mənbə: Trend