Rusiyaya izah etməliyik: “Ya öhdəliklərini yerinə yetir, ya da...”

“...Kənara çəkil terroçuları özümüz təmizləyək”

“Məncə, antiterror əməliyyatlarına start verməyin zamanıdır”

“Bir məsələni də unutmaq olmaz; təxribatlar sadəcə bizə qarşı deyil. Eyni zamanda bizimlə Şuşa Bəyannaməsini imzalamış Türkiyəni də hərəkətə gətirə bilər”

“Rusiya bu kimi oyunlara son verməli və bölgədə öz missiyasını yerinə yetirməlidir"

"Rusiya tərəfi faktiki olaraq öz öhdəliklərini yerinə yetirmir. Onların park açmasından, abidə ucaltmasından daha vacib işləri var. Məsələn, 10 noyabr bəyanatının 4-cü bəndi hələ də öz həllini tapmayıb".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla olan anlaşmanın şərtlərini icra etməyib:

"Həmin bənddə deyilir ki, Qarabağda qalan erməni silahlı dəstələri mütləq şəkildə ərazini tərk etməlidir. Həmin şəxslərin tərksilah edilməsi də məhz Rusiyanın əsas öhdəliklərindən biridir. Lakin sadəcə bu da deyil. Rusiya, ümumiyyətlə , anlaşmanın heç bir bəndini yerinə yetirməyib. Kommunikasiyaların açılmasına da start verilməyib. Bu zaman sual yaranır ki, belə olan təqdirdə Rusiyanın bölgədə nə işi var və nəyə xidmət edir? Birmənalı şəkildə cavabı budur. Erməniləri qorumağa gəliblər. Buna onların yerləşdirdiyi abidə də əyani sübutdur".

R.Məmmədsoy mütləq şəkildə Rusiyaya qarşı daha sərt ritorika ortaya qoyulmalı olduğunu vurğulayıb:

"İzah etməliyik ki, ya öz öhdəliklərini yerinə yetir, ya da kənara çəkil özümüz təmizləyək. Digər məsələ isə Laçın dəhlizi ilə bağlıdır. Laçın dəhlizi ona görə açıqdır ki, oradan sadəcə humanitar yardımlar daşına bilər. Lakin görürük Ermənistan müdafiə naziri Karapetyan təntənəli surətdə Xankəndiyə gəlir, oradakı terrorçularla görüşür və.s. Bu hallar hər birimizi çox narahat edir. Bütün bunlara cavab verilməlidir. Rusiya həddini aşır, bizim milli və təhlükəsizlik maraqlarımıza zidd davranışlara yol verir. Məncə, antiterror əməliyyatlarına start verməyin zamanıdır. Bir məsələni də unutmaq olmaz; təxribatlar sadəcə bizə qarşı deyil. Eyni zamanda bizimlə Şuşa Bəyannaməsini imzalamış Türkiyəni də hərəkətə gətirə bilər. Rusiya bu kimi oyunlara son verməli və bölgədə öz missiyasını yerinə yetirməlidir".