"Ermənistanda revanşistlər ağılsızlıq edirlər. Bu gün hansı potensialla, imkanlarla Qarabağda yenidən müharibə aparacaqlar?! Bu sual erməni xalqını düşündürməlidir".
Bu sözləri "Sherg.az"a diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk bildirib.O qeyd edib:
"Boşboğaz erməni siyasətçiləri yenidən müharibə bəyanatları verirlər. Nə qədər savadsız olmalısan ki, bu cür bəyanatlar səsləndirəsən. Onların özləri də dediklərinə inanmırlar. Sadəcə Qarabağ məsələsi erməni siyasətçiləri arasında "siyasi alver" mənbəyinə çevrilib. Ermənilər hələ 50 il özlərinə gələn deyillər. Əgər, ağılları Azərbaycana gedirsə, böyük səhv edirlər. Azərbaycan 1994-cü ildən sonra xarici yatırımları cəlb edə bildi. Neft-qaz sənayesinə qoyulan xarici yatırımlar güclü ordunun qurulmasına gətirib çıxartdı. Üstəlik, Azərbaycan 1994-cü ildən müharibəyə hazırlaşırdı. Azərbaycan xalqı da döyüş ruhu ilə yaşayırdı. Sadəcə bunun üçün əlverişli şəraitin yaranması lazım idi. 26 il sonra şərait yarandı. Ermənistan və onun havadarlarının 4 ilə işğal etdiyi Qarabağı Azərbaycan 44 günə azad etdi. Bundan Ermənistana və ermənilərə gözəl tarixi dərs ola bilməz. Nəticə çıxartmağı erməni xalqını öhdəsinə buraxmaq lazımdır. Əgər, bu dəfə də səhv edərlərsə, məhv olacaqları şübhəsizdir".