44 günlük Vətən savaşında Azərbaycanın qalib gəlməsi bəzi ölkələri narahat edib. Belə ki, Fransanın və fransız mətbuatının qərəzli mövqeyi təəssüf doğurur. Vətən Müharibəsi zamanı və sonrakı dövrdə Fransa açıq şəkildə birtərəfli mövqe nümayiş etdirməklə Ermənistanın yanında olduğunu göstərdi. Bu ölkə rəhbəri Emmanuel Makronun Azərbaycana təzyiq göstərmək cəhdi, 2020-ci ilin noyabrında Fransa Senatında Qarabağdakı qondarma rejimin müstəqillyinin tanınması ilə bağlı layihəyə səs verilməsi və s. misal göstərə bilərik.
Son dövrlər Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana ünvanlanmış müsbət jestlərin ömrü çox çəkmədi. Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri və isti qarşılanmalarının heç bir hüquqi əsası yoxdur. Və bu Fransanın özünün qanunlarına zidd haldır. Hələ 2019-cu ildə qondarma “DQR”lə Fransanın bəzi əyalətləri arasında imzalanmış “sənədlər” Fransa məhkəmələri tərəfindən ləğv edilib.
Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var. Bu qanuna zidd hallara görə məsuliyyəti də məhz Fransa rəhbərliyi daşıyır. Yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat versin. Həmin ərazilərdə müstəqillik tələblərini qulaq ardına vuran rəsmi Paris digər ölkənin ərazisində qanunsuz şəkildə dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə meydan verir?
Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları və s. öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə niyə susurlar?
Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu süni şəkildə qapadılır, əvəzində isə “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlər gündəmə gətirilir.
Qeyd edək ki, Türkiyənin "TRT World" telekanalı Fransanın İŞİD terror qruplaşması ilə əlaqələrini ifşa edən sənədli film təqdim etmişdi. Filmdə bildirildi ki, bu əlaqələr “Lafarge” sement nəhəngi vasitəsilə qurulub. “Fabrik: gizli fransız əməliyyatı” adlı sənədli film Parisdə 2015-ci ildə baş vermiş terror aktlarının altıncı ildönümündə beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan qorxunc şəbəkəni üzə çıxarır.
İkihissəli film 2 illik jurnalist araşdırması nəticəsində meydana gəlib. Araşdırmanın gedişində yarım milyondan çox sənəd diqqətlə incələnib. Lakin Fransa tərəfi məsələyə münasibət aydınlıq gətirməyib. Maraqlıdır, nəyə görə bu günə kimi rəsmi Paris İŞİD terrorçu qrupları ilə işbirliyi haqqında irəli sürülən ittihamlara, təqdim olunmuş təkzibedilməz faktlara münasibət bildirmir?
Mövcud durumu “Sherg.az”a şərh edən politoloq Tofia Abbasov açıqlamasında deyib ki, Fransa proseslərdə formatda iştirak etmək istəyir:
“Həmçinin çalışır ki, Rusiyanın moderatorluğunun bəzi hissəsi rəsmi Parisə verilsin. Təbii ki, Ermənistanın maraqları da bölgədə təmsil olunsun. Fransa diplomatiyası Ermənistanın problemli vəziyyətinin səbəbini unudur. Rəsmi İrəvan işğalçı siyasət yeritdiyinə görə inteqrasiyadan geridə qaldı. Bölgənin əhəmiyyətli dövləti ilə münasibətlərini qırdı. Belə olanda sağlam qonşuluq siyasətindən, əməkdaşlıqdan, qarşılıqlı etimaddan söhbət aparmaq bir qədər əbəs olur. Çünki Ermənistan bütün anlayışlara önəm vermir. Onu maraqlandıran qarşıdurma meyilləri, yeni gərginlik ocaqlarının yaranmasıydı. Bu da o anlama gəlir ki, Fransanınm diplomatiyası prseslərdə Errmənistana “asistentlik” edir”.
Analitik bildirib ki, rəsmi Paris qlobal siyasətdə vacib yer tutan ölkələrdən biridir:
“Milli Məclisdə bu məsələ ilə bağlı dinləmələr olub. Azərbaycanlı deputatlar Fransanın ATƏT Minsk qrupundan xaric edilməsi məsələsini gündəmə gətiriblər. Azərbaycan cəmiyyətində də mövzu maraq doğurur. İnsanlar haqlı şəkildə Fransanın anlaşılmaz siyasətindən narahatdırlar. Fransanın dəstəyindən bəhrələnən Ermənistan quruculuq işlərinə imkanlarını bərpa etmir, əksinə qarşıdurma meyillərinin gücləndiurilməsinə yönəldir”.
T.Abbasov sonda Fransanın Minsk qrupunu “tərpətmək” istəyinə fikir bildirib:
“Minsk qrupunun yenidən fəaliyyət göstərməsinə təkan vermək istəyənlər, gərək niyyətlərinin, səylərinin nəcib olmasını diqqətə gətirsin. Bildirsin ki, onun qara-qura, təhlükəli, şübhə doğuran siyasəti yoxdur. Lakin Fransa Ermənistanın xətrinə kobud şəkildə tələbkeşlik etməklə ikili standartların nə olmasını büruzə verir. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan münaqişəsində rəsmi Paris bütövlüklə ermənipərəst mövqe sərgiləyir. Ermənistanın mövqeyi nəcib olsaydı, göz yumardıq, lakin belə deyil. Fransa özünə yer , Azərbaycanın siyasi, hərbi uğurlarını həzm edə bilmir. Onun rahatsızlığı da öz problemidir, bizə aid deyil”.