Paşinyanın Qazaxıstana hərbçilər göndərməsi Ermənistan cəmiyyətində böyük hiddət doğurub

"Paşinyanın Qazaxıstana hərbi kantingent göndərməsi Ermənistan cəmiyyətində böyük hiddət və rezonans doğurub". 

Bunu "Sherg.az"a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Analitik bildirib ki, sosial şəbəkələrin erməni seqmentində etiraz ruhlu çoxsaylı rəylərə rast gəlinir: 

"Onlardan biri diqqətimi cəlb etdi. Vaçik Qriqoryan adlı bir erməni jurnalist sual edir ki, əgər KTMT daxildə üsyanları yatırmaq funksiyasına da sahib idisə, niyə 2018-ci ildə Sarkisyanın devrilməsi prosesinə müdaxilə etmədi? Maraqlı və düşündürücü sualdır. "Sarkisyan öz xalqına bunu rəva bilmədi" tezisi bu suala adekvat cavab deyil. Serjikin öz xalqına qarşı hər cür murdar əməli törətməyə hazır birisi olduğunu dəfələrlə görmüşük".