Türkiyə beynəlxalq səviyyədə kimliyini qorumaq üçün kampaniyaya başlayıb

Türkiyə hökuməti dövlətin adının beynəlxalq aləmdə “Turkey” deyil “Türkiye” adlandırılması üçün kampaniyaya başlayıb.

24News.ge xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu addım Türkiyənin beynəlxalq səviyyədə kimliyini qorumaq üçün önəmli addım olacaq:

“Ölkəmizin beynəlxalq səviyyədə kimliyini qorumaq, etibar və nüfuzunu daha da gücləndirmək üçün bundan sonra “Turkey” deyil, “Turkiye” kimi yazılmalı və tələffüz edilməlidir”, - deyə nazirlikdən bildirilib.