Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya rəsmi səfərə yola düşüb.
Türkiyə Prezidentinin Albaniyanın paytaxtı Tiranaya səfəri bu ölkənin Baş naziri Edi Ramanın dəvəti ilə baş tutub.
Rəsmi səfər zamanı Türkiyə-Albaniya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.