Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putin və Volodimir Zelenskini danışıqlara dəvət edib.

"Sherg.az" "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.  

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə prezidenti yaxın bir neçə həftə ərzində Ukraynaya səfər etməyi və Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

“Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Prezident Ərdoğan həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparır. Hətta hər ikisini problemlərini həll etmək üçün Türkiyəyə gəlməyə dəvət edib”, - deyə Kalın qeyd edib.

Xanlar ƏLİBƏY