Azərbaycanda “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi” yaradılıb

Azərbaycanda “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi” yaradılıb. 
“Sherg.az” xəbər verir ki, bir qrup intellektual, savadlı gənclər “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin yaradılmasını elan edib.
Mərkəzin verdiyi məlumata əsasən, ilkin mərhələdə mərkəzin əməkdaşları və strukturu belə nəzərdə tutulub: 
“Samir Hümbətov- sədr, Teymur Qasımlı - sədrin 1-ci müavini, Turan Rzayev – politoloq, Kenan Novruzov - siyasi ekspert, Elnur Ənvəroğlu - siyasi ekspert. Qeyd edək ki, Qısa zamanda mərkəzin iclası keçriləcək və orada nizamnaməyə uyğun olaraq həm struktur, həm də prioritet istiqamətlər müəyyənləşdiriləcək”.