Nazir:"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması region üçün böyük addım olacaq"

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması region üçün böyük bir addım olacaq”.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq fevralın 2-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bölgədə etimadın yaranması və gərginliyin azalması üçün işləmək lazımdır: “Qonşu Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Bu Ermənistan xalqı və bütövıükdə region üçün böyük addım olacaq”.
Qeyd edək ki, A.Şallenberq fevralın 2-də Ermənistana səfər edib. Səfər sabah başa çatacaq.