Macarıstan Cənub Qaz Dəhlizindən faydalana bilər – RƏSMİ

“Azərbaycan-Macarıstan iqtisadi əlaqələrindən danışarkən deyə bilərik ki, bu, kifayət qədər uğurludur”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə brifinqdə deyib.
Nazir deyib ki, 2022-ci ildə ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün ciddi əsaslar yaradılıb.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır.
“Macarıstan dövləti Cənub Qaz Dəhlizi üzrə məşvərət şuralarının iclaslarında iştirak edir. Cənubi Qaz Dəhlizi layihəsi genişləndirilsə, bundan Macarıstan da faydalana bilər”, - deyə Ceyhun Bayramov əlavə edib.
Nazir bildirib ki, macarıstanlı həmkarı ilə görüşündə “WizzAir” şirkəti tərəfindən uçuşların artırılmasını müzakirə edib.