Moldovanın xarici işlər naziri sabah Azərbaycana gəlir

Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku fevralın 8-də Azərbaycana səfər edəcək.
Bunu “Report”a Moldovanın Azərbaycandakı səfirliyindən bildiriblər.
İki gün davam edəcək səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra rəsmilərilə iki ölkə arasında münasibətlər, aktual regional məsələlərlə bağlı müzakirələr aparacaq.