Borrel Rusiyaya xəbərdarlıq etdi:“Sanksiya alətlərimiz var”


"Avropa İttifaqının Rusiya üçün problemlər yaradacaq sanksiyaları həyata keçirmək üçün alətləri var, lakin onları tətbiq etməməyi üstün tutur”.
Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel deyib.
“Avropa İttifaqı iqtisadiyyat, ticarət və maliyyə sahələrində tətbiq oluna biləcək və Rusiya iqtisadiyyatı üçün ciddi fəsadlar yarada biləcək alətlər dəstinə sahibdir. Bunun baş verməməsi daha yaxşı olardı”, - deyə C.Borrel bildirib.

Mənbə: RT